AZ

Premyer Liqa: "Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

Misli Premyer Liqasında XXVII tura bu gün yekun vurulacaq.

Far.Az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçiriləcək.

İlk olaraq "İmişli" "Qəbələ"nin qonağı olacaq. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. Bu turdan əvvəl meydan sahibləri 19 xalla 11-ci, qonaqlar 23 xalla 9-cu pillədə qərarlaşıblar.

Günün ikinci oyununda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Tovuz şəhər stadionunda təşkil olunacaq görüş saat 18:00-da başlayacaq. Tovuz klubu 49 xalla ikinci, "Sumqayıt" 32 xalla yeddinci sıradadır.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.

Seçilən
6
8
far.az

10Mənbələr