RU

İslamabadda keçirilən danışıqlardan sonra İran üçün pis xəbər

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Vaşinqton “qırmızı xətlərini” “çox aydın şəkildə göstərib, lakin İran Amerika tərəfinin şərtlərini qəbul etməkdən imtina edib”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens İslamabadda danışıqlardan sonra jurnalistlərə bildirib.

“Qırmızı xətlərimizin harada olduğunu, hansı məsələlərdə onları qəbul etməyə hazır olduğumuzu və hansında razılaşmadığımızı aydın şəkildə bildirdik. Bunu mümkün qədər aydın şəkildə etdik, akin onlar şərtlərimizi qəbul etməmək qərarına gəldilər”, – deyə o, mətbuat konfransında deyib.

Diplomat vurğulayıb ki, bu, ABŞ-dan daha çox İran üçün pis xəbərdir.

Qeyd edək ki, aprelin 11-də ABŞ və İran qrupları Pakistanın vasitəçiliyi ilə 20 saatdan çox davam edən danışıqlar apardılar. Görüşdə Hörmüz boğazı, nüvə proqramı, sanksiyaların ləğvi və regionda hərbi əməliyyatlara son qoyulması ilə bağlı məsələlər müzakirə edildi.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
50
globalinfo.az

10Источники