ABŞ-də növbəti prezident seçkiləri ərəfəsində demokratlar düşərgəsində yeni siqnallar verilir.
"Ölkə.az" xəbər verir ki, ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris “National Action Network” (NAN) təşkilatının toplantısında çıxışı zamanı növbəti prezident seçkilərində iştirak ehtimalını istisna etməyib.
Harris bildirib ki, prezident postunun məsuliyyətini yaxşı anlayır:
“Mən dörd il xidmət etmişəm və ABŞ prezidentinin postundan bir neçə addımlıq məsafədə olmuşam. Qərb qanadındakı ofisimdə, Oval kabinetə yaxın məsafədə saysız-hesabsız saatlar keçirmişəm. Oval kabinetdə və Situasiya otağında çox vaxt keçirmişəm. Bu işin nə olduğunu və nələri tələb etdiyini bilirəm”.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Hazırkı prezident Donald Tramp konstitusiyaya əsasən, növbəti müddətə namizədliyini irəli sürə bilməz.(Musavat.com)