AZ

Kamala Harris yenidən prezidentliyə namizəd ola bilər

ABŞ-də növbəti prezident seçkiləri ərəfəsində demokratlar düşərgəsində yeni siqnallar verilir.

Musavat.com xəbər verir ki, ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris “National Action Network” (NAN) təşkilatının toplantısında çıxışı zamanı növbəti prezident seçkilərində iştirak ehtimalını istisna etməyib.

Harris bildirib ki, prezident postunun məsuliyyətini yaxşı anlayır:

“Mən dörd il xidmət etmişəm və ABŞ prezidentinin postundan bir neçə addımlıq məsafədə olmuşam. Qərb qanadındakı ofisimdə, Oval kabinetə yaxın məsafədə saysız-hesabsız saatlar keçirmişəm. Oval kabinetdə və Situasiya otağında çox vaxt keçirmişəm. Bu işin nə olduğunu və nələri tələb etdiyini bilirəm”.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Hazırkı prezident Donald Tramp konstitusiyaya əsasən, növbəti müddətə namizədliyini irəli sürə bilməz.

Musavat.com

Seçilən
4
1
musavat.com

7Mənbələr