RU

Yaxın Şərqdə hərbi arsenal: ABŞ-dan İrana “danışıqlar” mesajı

ABŞ İrandan gələn təhdidlər fonunda və tərəflər arasında Pakistanda keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində Yaxın Şərqdəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirir. “Wall Street Journal” (WSJ) nəşrinin məlumatına görə, bölgəyə artıq əlavə qırıcı və hücum təyyarələri gəlib. Eyni zamanda, 82-ci hava-desant diviziyasının 1500–2000 nəfərlik şəxsi heyətinin yaxın vaxtlarda regiona yerləşdirilməsi gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, Vaşinqton hərbi gücünü artırmaq məqsədilə strateji dəniz qüvvələrini də hərəkətə keçirib. Hazırda “USS George H.W. Bush” aviadaşıyıcı zərbə qrupu Atlantik okeanından regiona doğru irəliləyir. Paralel olaraq, Sakit okean istiqamətindən “USS Boxer” gəmisi və 11-ci dəniz piyada ekspedisiya korpusu Yaxın Şərqə göndərilib. Bu addımlar diplomatik təmaslar öncəsi ABŞ-ın regiondakı təhlükəsizlik çətirini möhkəmləndirmək niyyətindən xəbər verir.

Sara,
NOCOMMENT.az

Избранный
43
26
nocomment.az

10Источники