AZ

Moskva xəbərdarlıq etdi: ABŞ və İsrail İrana qarşı hərbi plan qurur

ABŞ və İsrailin İranla aparılan danışıqlardan hərbi məqsədlər üçün istifadə edə biləcəyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası açıqlama yayıb.

Bildirilib ki, Vaşinqton və Təl-Əviv diplomatik prosesi mümkün quru əməliyyatına hazırlıqla paralel aparır. Qurumun qiymətləndirməsinə görə, bölgədə ABŞ hərbi qüvvələrinin sürətlə artırılması bu ehtimalı gücləndirir.

Qeyd olunub ki, ABŞ Müharibə Nazirliyi regiona əlavə qüvvələr göndərməkdə davam edir. Xüsusilə, ABŞ ordusunun 82-ci hava-desant diviziyasının bölmələri Yaxın Şərqə yerləşdirilir.

Eyni zamanda, bölgəyə “Corc Buş” adlı aviadaşıyıcı gəmi və “Bokser” desant gəmisi istiqamətləndirilir. Məlumata görə, desant gəmisinin göyərtəsində təxminən 2,5 min dəniz piyadası var.

Rusiya Təhlükəsizlik Şurası vurğulayıb ki, bu hərbi aktivlik iki həftəlik atəşkəs müddətinin başa çatmasına yaxın dövrdə daha da intensivləşir və bu da mümkün genişmiqyaslı əməliyyat ehtimalını artırır.

 

Musavat.com

Seçilən
32
50
musavat.com

10Mənbələr