RU

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistana gəlib

Bakı. Trend:

İran İslam Respublikası Məclisinin sədri Məhəmməd Bağır Qalibafvə xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndəheyəti ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gəlib.

Trend-inməlumatına görə, bu barədə “The Wall Street Journal” nəşrimənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Pakistan tərəfi artıq aprelin 11-də danışıqlarınkeçirilməsinə hazırlaşır. ABŞ nümayəndə heyətinə isəVitse-prezident Cey. Di. Vensin rəhbərlik edəcəyi gözlənilir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Məqalədə:
Избранный
20
3
az.trend.az

10Источники