AZ

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün Pakistana gedir

İran nümayəndə heyəti bu axşam danışıqlar aparmaq üçün İslamabada gedəcək.

Day.Az xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm "X" sosial şəbəkə hesabında paylaşım edib.

O, səfərin Baş nazir Şahbaz Şərifin dəvəti ilə baş tutacağını və İranın irəli sürdüyü 10 maddəlik təklifə əsaslanan danışıqlara diqqət yetiriləcəyini bildirib.

 

"İsrail rejiminin diplomatik təşəbbüsü pozmaq üçün atəşkəsi dəfələrlə pozması səbəbindən İran ictimaiyyətinin şübhəsinə baxmayaraq, hörmətli Baş nazir Şahbaz Şərifin dəvəti ilə İran nümayəndə heyəti bu axşam İranın təklif etdiyi 10 bənd əsasında ciddi danışıqlar aparmaq üçün İslamabada gələcək", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.

Seçilən
12
14
day.az

10Mənbələr