AZ

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün Pakistana gedir

Bakı. Trend:

İran nümayəndə heyəti bu axşam danışıqlar aparmaq üçünİslamabada gedəcək.

Trend xəbər verir ki, bubarədə İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm "X" sosialşəbəkə hesabında paylaşım edib.

O, səfərin Baş nazir Şahbaz Şərifin dəvəti ilə baş tutacağını vəİranın irəli sürdüyü 10 maddəlik təklifə əsaslanan danışıqlaradiqqət yetiriləcəyini bildirib.

"İsrail rejiminin diplomatik təşəbbüsü pozmaq üçün atəşkəsidəfələrlə pozması səbəbindən İran ictimaiyyətinin şübhəsinəbaxmayaraq, hörmətli Baş nazir Şahbaz Şərifin dəvəti ilə İrannümayəndə heyəti bu axşam İranın təklif etdiyi 10 bənd əsasındaciddi danışıqlar aparmaq üçün İslamabada gələcək", - paylaşımdaqeyd olunub.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Məqalədə:
Seçilən
27
3
az.trend.az

10Mənbələr