RU

Dünya çempionu vəfat etdi

Disk atma üzrə tarixin ilk dünya çempionu, əfsanəvi çexoslovakiyalı atlet İmrix Bugar 70 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, İ.Bugar 1983-cü ildə Helsinkidə keçirilən ilk dünya birinciliyində qızıl medala sahib çıxaraq adını tarixə yazdırıb. O, həmçinin 1980-ci il Moskva Olimpiadasında gümüş medal qazanaraq böyük uğura imza atıb.

Qeyd edək ki, disk atma üzrə milli rekord - 71.26 metr göstəricisi bu günə qədər də məhz İmrix Bugara məxsusdur.

Məşhur idmançı 1995-ci ildə peşəkar karyerasını başa vurduqdan sonra doğma "Dukla" klubunda məşqçi kimi fəaliyyətini davam etdirib.

Избранный
35
2
unikal.az

3Источники