Disk atma üzrə tarixin ilk dünya çempionu, əfsanəvi çexoslovakiyalı atlet İmrix Bugar 70 yaşında vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, İ.Bugar 1983-cü ildə Helsinkidə keçirilən ilk dünya birinciliyində qızıl medala sahib çıxaraq adını tarixə yazdırıb. O, həmçinin 1980-ci il Moskva Olimpiadasında gümüş medal qazanaraq böyük uğura imza atıb.
Qeyd edək ki, disk atma üzrə milli rekord – 71.26 metr göstəricisi bu günə qədər də məhz İmrix Bugara məxsusdur.
Məşhur idmançı 1995-ci ildə peşəkar karyerasını başa vurduqdan sonra doğma “Dukla” klubunda məşqçi kimi fəaliyyətini davam etdirib./Unikal/