RU

Təbii fəlakət qonşu ölkələri iflic etdi: Türkiyə və Dağıstanda ağır nəticələr VİDEO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər bölgədə hökm sürən aramsız yağışlar Türkiyə və Dağıstanda ciddi fəsadlara və insan tələfatına yol açıb. Daşqınlar nəticəsində yaşayış məntəqələri, infrastruktur və kənd təsərrüfatı sahələri su altında qalıb.

Milli.Az  ATV-yə istinadla xəbər verir ki, Türkiyənin bir neçə vilayətində sel suları həyatı çətinləşdirib:

Osmaniyədə sel sularının qəfil yüksəlməsi nəticəsində avtomobildə sıxılıb qalan iki nəfər həyatını itirib. Cəsədlər xilasedicilər tərəfindən sudan çıxarılıb.

Ədirnədə Meriç çayının daşması nəticəsində tarixi körpülər və minlərlə hektar əkin sahəsi su altında qalıb. Nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

AFAD əməkdaşları sakinləri su basmış evlərdən qayıqlar və ağır texnika vasitəsilə təxliyə edir.

Dağıstanda da vəziyyət gərgindir:

Mahaçqalada güclü sel suları nəticəsində 6 mərtəbəli yaşayış binası uçub.

Dərbənddə bəndlərin uçması nəticəsində 10-a yaxın kənd su altında qalıb, 6200-dən çox sakin təhlükəsiz bölgələrə köçürülüb.

İtkin düşənlərin tapılması üçün intensiv işlər aparılır. Respublika rəhbərliyi fəlakətin səbəblərinin araşdırılması barədə göstəriş verib.

Ətraflı süjetdə:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
news.milli.az

10Источники