Çinin avtomobil nəhəngi “BYD” Türkiyə tərəfindən 1 milyarda dollar cərimələnə bilər.
News365.az xəbər verir ki, şirkət Türkiyə qarşısında üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirmir.
Beəli ki, “BYD” Manisada 1 milyard dollarlıq sərmayə ilə istehsal müəssisəsi
qurmağı öhdəsinə götürüb və buna görə vergi dəstəyi alıb. Bu sərmayə ilə illik
150 min avtomobil istehsal gücünə malik istehsal müəssisəsi yaradılması, təxminən
5000 nəfərlik iş yerinin açılması gözlənilirdi. İşlər bir il ərzində
tamamlanmalıydı. Lakin razılaşmanın üzərindən 2 ilə yaxın müddət keçsə də şirkət
söz veriyi layihəni gerçəkləşdirməyib.
Məhz buna görə də Türkiyə razılaşmanın şərtlərinə əməl etmədiyi üçün “BYD”-ni cərimələməyə
hazırlaşır. Bu cəzanın investisiya məbləği ilə eyni səviyyədə, yəni təxminən 1
milyard dollar ola biləcəyi bildirilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта