EN

Türkiyə “BYD” şirkətini 1 milyard dollar cərimə edə bilər

Çinin avtomobil nəhəngi “BYD” Türkiyə tərəfindən 1 milyarda dollar cərimələnə bilər.

Ne
ws365.az xəbər verir ki, şirkət Türkiyə qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Beəli ki, “BYD” Manisada 1 milyard dollarlıq sərmayə ilə istehsal müəssisəsi qurmağı öhdəsinə götürüb və buna görə vergi dəstəyi alıb. Bu sərmayə ilə illik 150 min avtomobil istehsal gücünə malik istehsal müəssisəsi yaradılması, təxminən 5000 nəfərlik iş yerinin açılması gözlənilirdi. İşlər bir il ərzində tamamlanmalıydı. Lakin razılaşmanın üzərindən 2 ilə yaxın müddət keçsə də şirkət söz veriyi layihəni gerçəkləşdirməyib.

Məhz buna görə də Türkiyə razılaşmanın şərtlərinə əməl etmədiyi üçün “BYD”-ni cərimələməyə hazırlaşır. Bu cəzanın investisiya məbləği ilə eyni səviyyədə, yəni təxminən 1 milyard dollar ola biləcəyi bildirilir.

Chosen
27
news365.az

1Sources