RU

“Sabah” 50-ci qələbə ilə “Şəmkir”ə çatdı – ARENA.AZ

Azərbaycan çempionatının cari mövsümündə uğurlu çıxışı ilə diqqət çəkən “Sabah” Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 26-cı turuna təsadüf edib. Bakı klubu “Araz-Naxçıvan”a 4:2 hesabı ilə qalib gəlib.

“Bayquşlar” 120-ci səfər matçında “50”yə çatıblar. Paytaxt təmsilçisi ilk qələbəsini Premyer Liqadakı debüt matçında – 2018-ci il avqustun 12-də “Şamaxı” üzərində qazanıb – 1:0.

“Sabah” turnirin tarixinə rəqib meydanında 50 və daha çox oyunda qalib gələn 11-ci komanda kimi düşüb. Bakılılar bu göstəricidə “Şəmkir”ə çatıblar.

Xatırladaq ki, “bayquşlar” cari mövsümün geridə qalmış 26 turundan sonra 65 xalla 1-ci pillədə qərarlaşıblar. Valdas Dambrauskasın çalışdırdığı kollektiv 26 oyunda 20 qələbə qazanıb, 5 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
16
10
arena.az

10Источники