Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümündə məhsuldar turlar seriyası davam edir.
Arena.az xəbər verir ki, 26-cı turda qapılara bütövlükdə 23 qol vurulub.
Orta məhsuldarlıq 3,83-ə bərabər olub.
Bu göstərici ardıcıl 4-cü dəfə 3 və ya daha yüksək olub. 23-cü turda 21 (3,50), 24-cü turda 19 (3,17), 25-ci turda 18 (3,00) qol vurulmuşdu.
Üçüncü dövrənin startından yaşanan bu məhsuldarlıq seriyası Azərbaycan çempionatlarının yüksək dəstəsində XXI əsrin rekordudur.
Premyer Liqa tarixinin daha uzun seriyası 2000/2001-ci illər mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt 2-8-ci turlarda ardıcıl 7 dəfə orta məhsuldarlıq 3 və ya daha yüksək olmuşdu. Sonrakı illərdə isə belə seriyalar 3 turdan uzun sürməyib.
⇧
