AZ

Felipe Santos Premyer Liqada 25-ci qolunu vurdu – ARENA.AZ

“Araz-Naxçıvan”ın braziliyalı hücumameyilli yarımmüdafiəçisi Felipe Santos futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci qolunu vurub.

Arena.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 26-cı turunun “Sabah”la ev oyununda (2:4) hesabı açıb.

Felipe 109-cu matçında “25”ə çatıb. Turnirdə 2021/2022-ci illər mövsümündə debüt etmiş yarımmüdafiəçi üç klubda forma geyinib.

Felipe Santos “Şamaxı”da 6 (21 oyunda), “Qəbələ”də 3 (35 oyunda), “Araz-Naxçıvan”da 16 (53 oyunda) qola imza atıb. Felipe turnirin tarixində 25 və ya daha çox qol vuran 131-ci futbolçudur.

Cənubi amerikalı eyni sayda qola imza atmış Elvin Məmmədov, Ramazan Abbasov, Yaşar Hüseynov, Yaşar Vahabzadə, Nurlan Novruzov, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Zohair Benuahi, Robertas Poşkus, Draqan Çeran, Ülvi İsgəndərov və Toral Bayramova çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
3
9
arena.az

10Mənbələr