RU

Mərkəzi Bank “Modenis” MMC ni və onun vəzifəli şəxsini cərimələyib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Mərkəzi Bank “Modenis” MMC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Bu barədə "APA-Economics"ə AMB-dən məlumat verilib.

Belə ki, tənzimləyici tərəfindən 04.06.2025 – 18.07.2025-ci il tarixlərində “Modenis” MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq “Modenis” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
6
apa.az

10Источники