AZ

Ödəniş şirkəti 50 min manat, vəzifəli şəxsi 10 min manat cərimələnib

Azərbaycan Mərkəzi Bankı “Modenis” MMC-nin (eManat brendi) və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 04.06.2025 – 18.07.2025-ci il tarixlərində “Modenis” MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq “Modenis” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilmişdir.

İş elanları AzVak.az-da

AzərbaycanMərkəziBankıModenisMMCinzibatiməsuliyyətinzibaticəzayoxlama598.1.1598.1.2cəriməleqallaşdırılevlterrorçuluqmaliyyələşdirməqanunvericilikəməlpozuntusu2025əhəmiyyətlihadisə
Seçilən
2
1
marja.az

10Mənbələr