İran və onun düşmənləri arasında atəşkəsdən sonra iki həftə ərzində Hörmüz boğazından keçid sərbəst olacaq.
Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi X hesabında açıqlayıb: "İran silahlı qüvvələri ilə koordinasiyalı şəkildə və mövcud texniki məhdudiyyətlər nəzərə alınmaqla iki həftə ərzində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq".
O əlavə edib ki, "İrana hücumlar dayandırılarsa, İslam Respublikasının silahlı qüvvələri də müdafiə hücumlarını dayandıracaq".
Musavat.com
![]()