“İran iki həftəlik atəşkəs çərçivəsində İsrail-Amerika hücumlarının dayandırılması şərti ilə Hörmüz boğazını yenidən açmağa razılaşıb”.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. O qeyd edib ki, İrana qarşı hücumlar dayandırılarsa, bu ölkənin güclü silahlı qüvvələri müdafiə əməliyyatlarını dayandıracaq:
“İran silahlı qüvvələri ilə koordinasiyalı şəkildə və texniki məhdudiyyətlər nəzərə alınmaqla iki həftə ərzində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq”.
Aydın Baxış