RU

Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTOLAR

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə yekun görüşünü keçirib.

"Unikal" xəbər verir ki, görüşdə Mentorluq Proqramı müddətində görülən işlər, əldə olunan təcrübə, iştirakçıların peşəkar və şəxsi inkişaf istiqamətində qazandıqları bilik və bacarıqlar, eləcə də qarşıdakı dövrdə bu potensialın daha səmərəli şəkildə dəyərləndirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, proqram çərçivəsində formalaşan yanaşmaların gələcək fəaliyyətə inteqrasiyası, idarəetmə bacarıqlarının daha da təkmilləşdirilməsi və yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Qeyd edək ki, sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Избранный
31
1
unikal.az

10Источники