AZ

Rusiya Xarkov, Odessa və Nikolayev şəhərlərini ələ keçirmək istəyir?

Kiyev yaxınlığına endirilən zərbələr Rusiya ordusunun cəbhədə irəliləyişini sürətləndirə bilər, hədəf isə Ukraynanın nəqliyyat və enerji infrastrukturu olmalıdır.

Bizim.Media xəbər verir ki, bu barədə News.ru-ya hərbi ekspert, birinci dərəcəli ehtiyatda olan kapitan Vasili Dandikin danışıb.

“Düşünürəm ki, Kiyev ətrafına həftədə təxminən iki dəfə endirilən zərbələr döyüş bölgəsində vəziyyətə birbaşa bizim xeyrimizə təsir göstərəcək. İlk növbədə nəqliyyat infrastrukturu və energetika vurulmalıdır. Əlbəttə, sursat anbarlarını, idarəetmə məntəqələrini və rabitə sistemlərini də unutmaq olmaz”, - deyə Dandikin bildirib.

Onun sözlərinə görə, bu halda Ukraynanın hava hücumundan müdafiə vasitələri o qədər tükənəcək ki, bundan sonra idarəolunan bombalarla zərbələr endirəcək pilotlu aviasiyanı da döyüşə cəlb etmək mümkün olacaq.

Bundan əvvəl deputat Aleksey Juravlyov bildirmişdi ki, Rusiya ordusunu Ukraynanın iri şəhərləri uğrunda ağır döyüşlər gözləyir və Xarkov, Odessa, eləcə də Nikolayev ələ keçirilmədən “nasist bəlasını” tamamilə məhv etmək mümkün olmayacaq.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski sözlərlə hansısa “mifik əraziləri geri almaqdan” danışsa da, əslində Ukrayna Silahlı Qüvvələri yalnız geri çəkilir.

Deputat qeyd edib ki, Rusiya ordusu isə Donbasda Ukraynanın nəzarətində qalan əraziləri “ağır və çətinliklə” ələ keçirir.

Bizim.Media

Seçilən
9
50
bizim.media

10Mənbələr