Beş gün əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan 5-nin müalicəsi davam etdirilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzi və Respublika Pediatriya Mərkəzi məlumat yayıb
Bildirilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu (beyin və beyin qişalarının eyni vaxtda iltihablanması -red) təyin edilən 2 nəfərin vəziyyətləri ağır stabil, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti isə orta ağırdır.
Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin vəziyyəti isə ağır stabil qiymətləndirilir.