AZ

Sumqayıtda zəhərlənən uşaqların vəziyyəti ağırdır

“Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir”.

Bu barədə Musavat.com-un sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti ağır stabil, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti isə orta ağırdır.

“Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil qiymətləndirilir”, – məlumatda bildirilib.

Seçilən
4
43
editor.az

10Mənbələr