RU

Gia Abaşidze: Yüksək səviyyəli görüşlər ortaq maraqlarımızın sürətlə inkişafına stimul verir

Tbilisi, 6 aprel, AZƏRTAC

Onun sözlərinə görə, iqtisadi, sosial və siyasi strukturlar daim dəyişir və canlı bir orqanizm kimi inkişaf edir. Nəticə etibarı ilə də tərəfdaşlıq heç vaxt eyni səviyyədə qalmır və onu beynəlxalq proseslərə və daxili dəyişikliklərə uyğunlaşdırmaq vacibdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstanın tanınmış eksperti Gia Abaşidze deyib.

“Həm Bakı, həm də Tbilisi bu reallığı yaxşı anlayır. Yüksək səviyyəli işgüzar görüşlər yalnız mətbuat açıqlamaları deyil, ortaq maraqlarımızın sürətlə inkişafına stimul verir”, – deyə ekspert bildirib.

O əlavə edib ki, Azərbaycan-Gürcüstan tərəfdaşlığı digər regionlar və alyanslar üçün nümunədir: “Bizim tərəfdaşlığımız illərlə formalaşıb və artıq çox güclü və sürətli addımlarla inkişaf edir. Bu, regionda sabitlik və əməkdaşlığın davamlılığını təmin edən önəmli amildir”.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Избранный
19
2
azertag.az

3Источники