Onun sözlərinə görə, iqtisadi, sosial və siyasi strukturlar daim dəyişir və canlı bir orqanizm kimi inkişaf edir. Nəticə etibarilə də tərəfdaşlıq heç vaxt eyni səviyyədə qalmır və onu beynəlxalq proseslərə və daxili dəyişikliklərə uyğunlaşdırmaq vacibdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstanın tanınmış eksperti Gia Abaşidze deyib.
“Həm Bakı, həm də Tbilisi bu reallığı yaxşı anlayır. Yüksəksəviyyəli işgüzar görüşlər yalnız mətbuat açıqlamaları deyil, ortaq maraqlarımızın sürətli inkişafına stimul verir”, – deyə ekspert bildirib.
O əlavə edib ki, Azərbaycan-Gürcüstan tərəfdaşlığı digər regionlar və alyanslar üçün nümunədir: “Bizim tərəfdaşlığımız illərlə formalaşıb və artıq çox güclü və sürətli addımlarla inkişaf edir. Bu, regionda sabitlik və əməkdaşlığın davamlılığını təmin edən önəmli amildir”.