RU

İraqda neft anbarları vuruldu

Bir neçə pilotsuz təyyarə İraqın İranla həmsərhəd olan cənub-şərqi Maysan əyalətində yerləşən Buzurgan neft yatağında neft anbarlarına hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı İraq Neft Nazirliyi yayıb. Bildirilir ki, "dronlar Buzurgan yatağında Missan neft anbarlarına hücum edib".

İlkin məlumatlara görə, insan itkisi yoxdur. İraq nazirliyi mümkün ziyan barədə məlumat verməyib.

Qeyd edək ki, şənbə günü İraqda İran münaqişəsi əleyhinə on minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib. İran isə İraq neftinin Hörmüz boğazından sərbəst keçidinə icazə verdiyini açıqlayıb.

Избранный
28
38
bakivaxti.az

10Источники