AZ

Səudiyyə Ərəbistanı polisi külli miqdarda narkotik həb müsadirə edib

Qahirə, 4 aprel, AZƏRTAC

Səudiyyə Ərəbistanının Ciddə limanında 2 milyon 916 min 180 ədəd psixotrop təsirli kaptaqon həbinin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

AZƏRTAC “əl-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, psixotrop həblər Ciddə limanına gətirilən “Şi yağı” bağlamalarının içərisində gizlədilib. Keçirilmiş əməliyyat nəticəsində yükü qəbul edən iki şəxs həbs edilib.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
17
2
azertag.az

10Mənbələr