RU

Moskva: Rusiya üç cəbhədə mübarizə aparır

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, ölkə eyni anda üç müxtəlif cəbhədə mübarizə aparır.

Musavat.com xəbər verir ki, Zaxarova açıqlamasında Rusiyanın yalnız hərbi qarşıdurma ilə deyil, paralel şəkildə iqtisadi və informasiya müstəvisində də təzyiqlərlə üzləşdiyini vurğulayıb.

Onun sözlərinə görə, birinci cəbhə silahlı münaqişədir:

“Bir cəbhədə silahlı qarşıdurmamız – müharibəmiz var. Digər cəbhədə iqtisadi mübarizə gedir, çünki ölkəmizə qarşı ticarət savaşı aparılır. Üçüncü istiqamət isə informasiya cəbhəsidir”.

Zaxarova əlavə edib ki, informasiya müharibəsi xüsusilə geniş miqyas alıb. O iddia edib ki, Rusiya haqqında yanlış məlumatların hazırlanması və yayılması prosesinə on minlərlə, hətta yüz minlərlə insan cəlb oluna bilər.

Diplomat qeyd edib ki, bu fəaliyyətlər Qərb ölkələrinin maraqları çərçivəsində həyata keçirilir və Rusiyaya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasının tərkib hissəsidir.

Onun istinad etdiyi qiymətləndirməyə görə, təkcə ABŞ və Böyük Britaniya Ukrayna istiqamətində Rusiyaya qarşı informasiya müharibəsi üçün milyardlarla dollar vəsait ayıra bilər.

Musavat.com

Избранный
32
50
musavat.com

10Источники