AZ

Zelenski və Ərdoğan bu məsələ üzrə razılığa gəldilər

Ukrayna və Türkiyə prezidentləri Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğan İstanbulda təhlükəsizlik sahəsində əməkdaşlıqda yeni addımlar atmaq barədə razılığa gəliblər.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə Facebook -da məlumat verib.

Onun sözlərinə görə, onlar həmçinin qaz infrastrukturunun inkişafı sahəsində birgə layihələrin həyata keçirilməsi üçün praktik addımları, eləcə də qaz yataqlarının birgə işlənməsi imkanlarını müzakirə ediblər.

Ukrayna Prezidenti Ərdoğana və Türkiyə xalqına müstəqillik və ərazi bütövlüyünə göstərdikləri ardıcıl dəstəyə görə təşəkkürünü bildirib.

Bütün bu illər ərzində sıx qarşılıqlı əlaqəni yüksək qiymətləndiririk və bu, bütün regionu gücləndirə biləcək həqiqətən ciddi layihələr üzərində işləməyimizə imkan verir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
46
turkustan.az

10Mənbələr