RU

Azərbaycanın gənclər və idman nazirinin Türkiyəyə səfəri başa çatıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

İstanbul, 4 aprel, AZƏRTAC

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun Türkiyəyə səfəri başa çatıb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının (COP10) sədri olaraq, aprelin 3-də İstanbul şəhərində “İdmanla əlaqəli bakalavr proqramlarında antidopinq biliklərinin gücləndirilməsi və təhsil potensialının artırılması” mövzusunda seminarın açılış mərasimində iştirak edib. Nazir Fərid Qayıbov həmin gün Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Erdoğanın dəvəti ilə Antalyaya yollanıb. O, Beynəlxalq Etnosport Forumu çərçivəsində Nəcməddin Bilal Erdoğan və İran İslam Respublikasının gənclər və idman naziri Əhməd Dünyamalı ilə ikitərəfli görüşlər keçirib.

Aprelin 4-də isə nazir Fərid Qayıbov Beynəlxalq Etnosport Forumunun açılış mərasimində çıxış edib.

Səfər çərçivəsində nazir Antalyada keçirilən beynəlxalq turnirdə iştirak edən “Qarabağ”ın U-12 və “Sabahın U-14 komandalarının üzvləri ilə görüşüb. Həmçinin Antalya şəhərində keçirilən, TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turnirində Türkiyə - Azərbaycan final oyununu türkiyəli həmkarı Osman Bak ilə birlikdə izləyib, təltifetmə mərasimində iştirak edib. Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin komandası turnirin gümüş medalını qazanıb.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
9
azertag.az

10Источники