
ABŞ 2020-ci ildə öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşarı və qızını həbs edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
ABŞ Dövlət Katibi Marko Rubionun onların qanuni daimi sakin (LPR) statusunu ləğv etdiyi, hər ikisinin ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) nəzarətində olduğu və Əfşarın həyat yoldaşının ABŞ-yə girişinə qadağa qoyduğu bildirilir.
Dövlət Departamenti bildirib ki, Süleymaninin qardaşı qızı İranın totalitar, terrorçu rejimini dəstəkləyir.
“O, İran rejimini təbliğ edib, Yaxın Şərqdəki Amerika əsgərlərinə və hərbi obyektlərinə hücumları tərifləyib, Amerikanı “Böyük Şeytan” adlandırıb və terror təşkilatı kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusuna sarsılmaz dəstəyini elan edib”, - deyə ABŞ Dövlət Departamenti qeyd edib.