AZ

ABŞ-də Qasım Süleymaninin qardaşı qızı saxlanıldı

2020-ci ildə öldürülmüş SEPAH-ın "Əl-Qüds" qüvvələrinin keçmiş komandanı, general-mayor Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızı ABŞ-də saxlanılıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, dövlət katibi Marko Rubio onların qanuni daimi rezident statusunu ləğv edib.

Hazırda hər iki şəxs ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti (ICE) tərəfindən saxlanılıb. Bundan əlavə, Əfşarın həyat yoldaşına ABŞ-yə giriş qadağan edilib.

Dövlət Departamenti KİV məlumatlarına və Əfşarın sosial şəbəkələrdə, xüsusilə də "Instagram"da etdiyi paylaşımlara istinad edərək onu İranın "totalitar, terrorçu rejiminin" tərəfdarı adlandırıb və həmin rejimin təbliğində ittiham edib.

"ABŞ-də yaşayarkən o, İran rejimini təbliğ edib, Yaxın Şərqdə ABŞ hərbçilərinə və hərbi obyektlərinə hücumları alqışlayıb, İranın yeni ali liderini tərifləyib, ölkəmizi "Böyük şeytan" adlandırıb və terror təşkilatı kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusuna sarsılmaz dəstəyini bəyan edib. Əfşar Süleymani Los-Ancelesdə dəbdəbəli həyat tərzi sürərək İranın terrorçu rejiminin xeyrinə təbliğat aparıb ki, bunu onun sonradan silinmiş "Instagram" hesabındakı paylaşımları da təsdiqləyir", - deyə məlumatda bildirilir./Oxu.az


Telegram kanalımız
Seçilən
18
30
yenisabah.az

10Mənbələr