AZ

Süleymaninin qohumları ABŞ-də həbs edildi - Nə məlumdur?

ABŞ-də federal agentlər 2020-ci ildə amerikalılar tərəfindən öldürülən İran silahlı qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin komandiri general Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızını saxlayıblar.

Kontekst.az xəbər verir ki, Bu barədə Dövlət Departamentinin açıqlamasında bildirilib.

"Dünən gecə mərhum İİKK general-mayoru Qasım Süleymaninin qardaşı qızı və övladı dövlət katibi Marko Rubionun onların qanuni daimi sakin statusunu ləğv etməsindən sonra federal agentlər tərəfindən həbs edilib", - açıqlamada deyilir.

Qeyd olunur ki, generalın Los-Ancelesdə yaşayan qardaşı qızı sosial şəbəkə və mediada İranı fəal şəkildə dəstəkləyib, Yaxın Şərqdə Amerika əsgərlərinə və hərbi obyektlərə hücumları təqdir edib. Generalın qohumları hazırda həbsdədir.

Bundan əvvəl ABŞ hakimiyyəti İrana qarşı hərbi əməliyyat zamanı öldürülən İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızının və ərinin qanuni daimi sakin statusunu ləğv etmişdi. Onların ölkəyə girişi də qadağan olunmuşdu.

Seçilən
8
50
aznews.az

10Mənbələr