Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmaları yüksək məhsuldarlıqla yadda qalıb.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, mübarizəni davam etdirən 4 komandadan üçü - "Qarabağ", "Sabah" (2:2) və "Zirə" (2:0) rəqib qapılarına iki qol vurmağı bacarıb.

Turnir tarixində üçüncü dəfədir ki, yarımfinalın ilk oyunlarında ən azı 3 komanda minimum iki dəfə fərqlənir. Oxşar məhsuldarlıq sonuncu dəfə 18 il əvvəl - 2007/08 mövsümündə, həmçinin 1994/95 mövsümündə qeydə alınıb.

Ümumilikdə keçirilən iki görüşdə 6 qol vurulub ki, bu da orta hesabla hər matça 3,00 qol deməkdir. Bu göstərici ölkə kuboku tarixində 9-cu dəfədir ki, 3 və ya daha yüksək rəqəmlə yekunlaşır. Mərhələnin mütləq rekordu isə 1994/95 mövsümünə (orta göstərici 4,50) məxsusdur.