AZ

“Zirə”nin 25-ci qələbəsi

Bizon ölkə kubokunun 1/2 final mərhələsinin ilk oyunu “Zirə” üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, səfərdə “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gələn Bakı klubu turnirdə 25-ci qələbəsini qazanıb.

Paytaxt təmsilçisi kubokdakı 43-cü qarşılaşmada “25”ə çatıb. “Zirə” keçirdiyi matçların 58,14 faizində qalib gəlib. Evdə 13 dəfə qələbə qazanan komanda səfərdə 12-ci dəfə sevinib. Bununla da “Zirə” ölkə kubokunun tarixində 25 və daha çox görüşdə qalib gələn 9-cu komanda olub.

"Qartallar” kubokda ilk qələbəsini 2015/16 mövsümünün 1/8 finalında - 2015-ci il dekabrın 2-də AZAL-a qarşı səfər görüşündə əldə edib – 2:1.

Seçilən
20
50
football-plus.az

10Mənbələr