Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunu “Zirə” üçün əlamətdar olub.
Publika.az xəbər verir ki, səfərdə “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gələn Bakı klubu turnirdə 25-ci qələbəsini qazanıb.
Paytaxt təmsilçisi kubokdakı 43-cü qarşılaşmada “25”ə çatıb. “Zirə” keçirdiyi matçların 58,14 faizində qalib gəlib. Evdə 13 dəfə qələbə qazanan komanda səfərdə 12-ci dəfə sevinib. Bununla da “Zirə” Azərbaycan kubokunun tarixində 25 və daha çox görüşdə qalib gələn 9-cu komanda olub.