RU

İranda Baş Qərargah rəisi ilə ölümündən 40 gün sonra vida mərasimi keçirilir VİDEO

Oxu.az saytına istinadən ain.az xəbər verir.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-mayor Seyid Əbdürrəhim Musəvi ilə ölümündən 40 gün sonra vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Qeyd olunub ki, mərasim Qum şəhərində baş tutub.

İranda Baş Qərargah rəisi ilə ölümündən 40 gün sonra vida mərasimi keçirilir - VİDEO

O, müharibənin ilk günündə (28 fevral) İsrail və İranın Tehrana endirdiyi zərbələr nəticəsində öldürülüb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
50
oxu.az

10Источники