İsrail Müdafiə Nazirliyinin qərargahı yaxınlığında kasetli sursat partlayıb.
Azreform.info xəbər verir ki, bu barədə İsrail ordusunun "Qaley SAXAL" radiostansiyası məlumat yayıb.
Hadisə İranın raket hücumlarından biri zamanı paytaxt Təl-Əvivin mərkəzində baş verib. Sursat "Kiriya" kompleksi yaxınlığındakı parkinqə düşərək partlayıb və əraziyə ziyan dəyib. Xəsarət alan olmayıb. Hərbi obyektlərə zərər dəyməyib.
Qeyd edək ki, bu gün Təl-Əviv və İsrailin mərkəzi hissəsi bir neçə dəfə raket hücumuna məruz qalıb. Şəhərdə hava həyəcan siqnalları səslənib, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti müşahidə olunub. Hüquq-mühafizə və hərbi qurumlar raket qalıqlarının düşdüyü ərazilərə cəlb edilib.