RU

Azərbaycan Kubokunda yarımfinal həyəcanı başlayır – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, yarımfinalın hər iki oyunu eyni günə təsadüf edəcək.

Günün ilk oyunu “Turan Tovuz”la “Zirə” arasında baş tutacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyuna saat 17:30-da start veriləcək. Matçı FIFA refirisi Əliyar Ağayev idarə edəcək.

Yarımfinalın digər görüşü son çempion “Qarabağ”la Premyer Liqanın lideri “Sabah” arasında təşkil ediləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Matçı Rauf Cabbarov idarə edəcək.

Azərbaycan Kubokunda yarımfinalın cavab görüşləri aprelin 21-22-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
3 aprel

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
34
4
arena.az

10Источники