AZ

Mikel Arteta – Premyer Liqada martın ən yaxşı məşqçisi! – ARENA.AZ

“Arsenal”a rəhbərlik edən ispan mütəxəssis Mikel Arteta İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

London təmsilçisi martda keçirdiyi üç oyunun hamısında qələbə qazanaraq 100 faizlik nəticə göstərib. “Topçular” bu müddətdə “Çelsi” (2:1), “Brayton” (1:0) və “Everton”u (2:0) məğlub ediblər.

Mikel Arteta mükafat uğrunda mübarizədə Eddi Hau (“Nyukasl”), Devid Moyes (“Everton”), Rejis Le Bri (“Sanderlend”) və Fabian Hürseleri (“Brayton”) qabaqlayıb. Bu, ispaniyalı mütəxəssisin karyerası ərzində qazandığı 8-ci belə mükafatdır.

Cari mövsümdə ilk belə mükafat “Liverpul”un sabiq çalışdırıcısı Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner, oktyabrda “Mançester Yunayted”ə rəhbərlik etmiş Ruben Amorim, noyabrda “Çelsi”ni çalışdırmış Entso Mareska, dekabrda “Aston Villa”nın çalışdırıcısı Unai Emeri, yanvarda “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Maykl Karrik, fevralda isə Xosep Qvardiola (“Mançester Siti”) ən yaxşı seçilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
4
2
arena.az

10Mənbələr