RU

İranın ABŞ və İsrailə qarşı üç əsas tələbiAÇIQLANDI

İran münaqişənin həlli üçün vasitəçilərə şərtlər təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Qahirədəki diplomatik nümayəndəliyinin rəhbəri Müctəba Firdovsipur "RİA Novosti" agentliyinə açıqlama verib.

Məlumata görə, Tehran regiondakı vasitəçilər vasitəsilə ABŞ və İsrail ilə müharibənin dayandırılması üçün şərtlər irəli sürüb. Şərtlərə kompensasiya ödənilməsi, bütün sanksiyaların ləğvi və təcavüzün yenidən baş verməməsi zəmanəti daxildir.

Firdovsipur bildirib: "Müharibəni bitirmək üçün şərtlərimiz var. Regiondakı vasitəçilər vasitəsilə kompensasiya, bütün sanksiyaların ləğvi və təcavüzün yenilənməməsi zəmanəti istəyirik".

Aminə ŞAHSUVARQIZI

 

Избранный
39
50
redaktor.az

10Источники