İran hesab edir ki, ABŞ və İsrail Fars körfəzində müharibəni genişləndirmək və Tehranın cənubdakı ərəb qonşuları ilə toqquşmasını körükləmək istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində İranın Qahirədəki diplomatik missiyasının rəhbəri Muctəba Ferdousipur bildirib.
Diplomatın sözlərinə görə, Vaşinqton və Təl-Əvivin məqsədi müharibəni İranla Fars körfəzinin cənub sahilində yerləşən ərəb ölkələri arasında qarşıdurmaya çevirməkdir.
O, həmçinin iddia edib ki, hazırda ABŞ və İsrail region ölkələrinin liderlərinə təzyiq göstərərək onları Tehrana qarşı müharibəyə cəlb etməyə çalışırlar.
Bundan əvvəl mediada İranın qarşıdurmanın dayandırılması üçün əsas şərtlərindən birinin ölkənin dinc nüvə hüququna hörmət göstərilməsi olduğu da bildirilmişdi.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta