
İran hesab edir ki, ABŞ və İsrail Fars körfəzində regional müharibəni qızışdırmaq istəyirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Qahirədəki diplomatik missiyasının rəhbəri Müctəba Firdovsipura RİA Novosti-yə müsahibəsində bildirib.
"Onlar bu müharibədən sıyrılıb çıxmaq istəyirlər ki, qonşular — İran və Fars körfəzinin cənub tərəfində yerləşən ərəb ölkələri arasında müharibə başlasın", — deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, hazırda Vaşinqton və Təl-Əviv region ölkələrinin liderlərinə onları Tehrana qarşı müharibəyə cəlb etmək məqsədilə təzyiq göstərirlər.