RU

Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – VİDEO

Xəbər verdiyimiz kimi, 1940-cı il təvəllüdlü, Salyan şəhəri Əli bəy Hüseynzadə küçəsində yaşayan Rafayət İxtiyar oğlu Nəsirovun meyiti Salyan–Neftçala yolunun 6-cı kilometrliyində, rayonun Qaraqaşlı kəndi ərazisində yerləşən su kollektorunda aşkarlanıb.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, meyitin Neftçala Su Kanalizasiya Sisteminin işçiləri tərəfindən tapılıb.
 

Məlumata görə, o, bu ilin yanvarın 31-də gecə saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Onun son görüntüsü Salyan–Neftçala avtomagistralında quraşdırılmış müşahidə kameralarına düşmüşdü.


Yaxınlarının sözlərinə görə, yaşlı kişi həmin istiqamətdə piyada hərəkət edib və bundan sonra ondan xəbər alınmayıb.

Qeyd edək ki, Rafayət Nəsirov əvvəllər Neftçala rayonunda sürücü kimi çalışıb, son illərdə isə taksi fəaliyyəti ilə məşğul olub. Mərhumun 4 övladı olduğu bildirilir.

İlkin məlumata əsasən, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

Избранный
27
1
bizim.media

10Источники