RU

Britaniyadan Trampın NATO təhdidinə cavab: İran müharibəsindən uzaq duracağıq

"NATO dünyanın indiyə qədər gördüyü ən təsirli hərbi ittifaqdır. O, bizə onilliklərdir ki, təhlükəsizlik təmin edib və biz NATO-ya tam sadiqik".

Azreform.info xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer “Sky News”ə  Prezident Donald Trampın ABŞ-nin NATO-dan çıxmaqla bağlı təhdidini şərh edərkən deyib.
Starmer əlavə edib ki,  nə olursa olsun, milli maraqlar hər şeydən üstün olacaq  və Britaniyanı müharibədən uzaq tutacağıq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl "The Telegraph" qəzetinə verdiyi müsahibədə müttəfiqlərinin ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməməsindən sonra ABŞ-ın NATO-dan çıxmasını ciddi şəkildə düşündüyünü bildirib.

Tramp Şimali Atlantika Alyansını kağız pələngi adlandırıb.
ABŞ dövlət katibi Marko Rubio “Fox News”a  müsahibəsində isə deyib ki, İranla münaqişə bitdikdən sonra bu münasibətləri yenidən qiymətləndirməli olacağımıza şübhə yoxdur. “NATO-nun ölkəmiz üçün bir ittifaq kimi əhəmiyyətini yenidən qiymətləndirməli olacağıq", - Rubio bildirib.

Mürtəza

Избранный
60
50
azreform.info

10Источники