AZ

“Alkatras” qayıdır? Tramp 152 milyon ayrılmasını istəyib

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp “Alkatras” həbsxanasının bərpası üçün ölkənin 2027-ci il büdcəsindən 152 milyon dollar ayrılmasını istəyib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti büdcə layihəsi sənədinə istinadən məlumat yayıb.

Bildirilib ki, Tramp “Alkatras”dan başqa bir sıra digər köhnə həbsxanaların da modernləşdirilməsi planının büdcə layihəsinə daxil edilməsini təklif edib. 

Bununla belə, “Alkatras”ın məşhur turizm obyekti olması planın icrasını çətinləşdirə bilər. Digər tərəfdən 60 ildən çox müddətə boş qalan həbsxananın infrastrukturu dağılıb. Onun yerləşdiyi San-Fransisko ştatının rəhbərliyi də obyektin həbsxana statusunun bərpası ideyasını ciddi hesab etmir. 

Qeyd edək ki, “Alkatras” həbsxanası 1912-ci ildə tikilib, 1920-ci ilə qədər isə məhkumlarla tamamilə dolub. O, ABŞ-də hərbi qulluqçuların uzunmüddətli həbs olunması üçün istifadə edilən ilk müəssisə olub və sərt qaydaları ilə tanınıb. 1936-cı ildə hakimiyyət həbsxananı Ədliyyə Departameninin tabeliyinə keçirmək qərarına gəlib, bundan sonra ora ən təhlükəli cinayətkarlar ora göndərilməyə başlanıb. Məşhur qanqster Al Kapone də 5 il “Alkatras”ın məhbusları sırasında olub. Obyekt 1963-cü ildə iqtisadi səbəblərdən həbsxana kimi fəaliyyətini dayandırıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
50
qafqazinfo.az

10Mənbələr