Mingəçevir şəhərində evdən meyit tapılıb.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki mənzillərdən birində aşkarlanıb. Şəhər sakini, 1966-cı il təvəllüdlü İmran Bayramovun meyiti yaşadığı evdə aşkarlanıb. Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Məlumata görə, İ.Bayramov içki aludəçisi olub və onun içkidən öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.