RU

Əməkdar artist: "47 ildə mənə baş rol verən olmayıb"

Əməkdar artist Nahidə Orucova açıqlaması ilə diqqət çəkib.

Aktrisa uzun illər sənətdə olmasına baxmayaraq, baş rolların ona həvalə edilməməsindən gileylənib. O bildirib ki, 47 ildir səhnədə fəaliyyət göstərir və bu müddət ərzində addım-addım irəliləməyə çalışıb: "Heç vaxt birdən-birə yüksəlmək istəməmişəm, hər zaman pillə-pillə qalxmağın tərəfdarı olmuşam".

Nahidə Orucova qeyd edib ki, teatrda əsasən qəhrəman (baş) və xarakterik rollar olur: "Mənə daha çox xarakterimə və fakturama uyğun obrazlar verilib. Açığı, özüm də bəzən baş rollardan uzaq durmuşam".

Sənətçinin bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun fikirlərini anlayışla qarşılasa da, digərləri aktrisanın daha çox ön planda olmalı olduğunu düşünür.

Избранный
6
1
milli.az

2Источники